Sifariş - (012) 440 05 04 motors.az

Azerfon-Vodafone rouminq əhatəsini genişləndirir

Ana səhifəMəqalələr → Azerfon-Vodafone rouminq əhatəsini genişləndirir

s

2010-cu ildə Azerfon-Vodafone rouminq əhatə dairəsini 220 operatora qədər genişləndirmişdir və Japan Softbank, USA AT&T, Canada Rogers kimi operatorlar ilə yeni rouminq sazişləri imzalanmışdır. İndi Azerfon-Vodafone müştəriləri sərfəli və rahat rouminq təkliflərindən istifadə edərək, dünyanın 120-dən çox ölkəsinə səyahət edə bilərlər. “Azerfon-Vodafone fəaliyyətinin ilk günlərindən Azərbaycanda ən ucuz, rahat və şəffaf rouminq qiymətlərini təqdim edir. Azərbaycan mobil bazarında ilk dəfə Azerfon-Vodafone 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rouminq tarifləri tətbiq edir və bu qiymətlər hər zaman www.azerfon-vodafone.com internet səhifəmizdə əks olunur. Bizim Vodafone-la strateji tərəfdaşlığımız bizə müştərilərimizə ən sərfəli və rahat rouminq tarifləri təqdim etmək imkanı yaradır, və biz fəxr edirik ki, Azərbaycanda abunəçilərimizə ən yaxşı rouminq xidmətləri göstəririk” – Baş İcraçı Müdir cənab Yurgen Pitz bildirib.  O, həmçinin qeyd edib ki, Azerfon-Vodafonun rouminq tarifləri xüsusən də azərbaycanlıların daha çox sayda olduqları ölkələr üçün sərfəlidir. Bu ölkələrə Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Fransa, Böyük Britaniya, Avstriya, İtaliya və Hollandiya kimi ölkələr daxildir.

 

 

Azerfon-Vodafone



← все статьи