Sifariş - (012) 440 05 04 motors.az

"Odnoklassniki" istifadə edənlərin nəzərinə!

Ana səhifəXəbərlər → "Odnoklassniki" istifadə edənlərin nəzərinə!

31.01.2011


k

Rusiyanın "Odnoklassniki.ru" sosial şəbəkəsinin Azərbaycandakı istifadəçilərinin elektron poçt ünvanına qəribə məktub gəlib. Guya sosial şəbəkənin administrasiyasından gəlmiş məktubda istifadəçinin akkauntunun qapandığı və akkauntun aktifləşdirilməsi üçün göstərilən ünvana "yollanmaq" təklif olunur. Lakin məktub alan istifadəçilər akkauntlarının qapanmadığının şahidi olublar. Elektron məktublar rəqəmlərdən ibarət ünvandan gəldiyindən, həmin məktubun "Odnoklassniki.ru"nun Azərbaycandakı istifadəçilərinin akkauntlarının dağıdılmasına yönəldiyini düşünmək olar. İstənilən halda oxucularımıza məsləhət görürük ki, belə məktub alsalar, orada göstərilmiş ünvana "klik" etməsinlər.


← bütün xəbərlər