Dünyanın ən iri
sosial şəbəkəsi "Facebook" yeni tarqet reklam sistemini işə salıb. Bu
sistem real zamandakı reklamdır. Məsələn, əgər "Facebook"un hansısa
istifadəçisi akkauntunda "Pissa yeməyi düşünürəm" yazarsa, praktiki
olaraq dərhal onun səhifəsində pissa və ya başqa fast-fud reklamı peyda olacaq.
"Facebook" yeni sistemini istifadəçilərinin təxminən 1 faizi üzərində
sınaqdan keçirmək niyyətindədir. Xatırladaq ki, "Facebook"da akkauntların
sayı artıq 600 milyonu keçib.