İsveçrənin “Ulysee
Narden” şirkəti tərəfindən istehsal olunan “Chairman” cib telefonunun qiyməti
10 min avrodan başlayır və 100 min avroyadək artır. Şirkət rəsmiləri bildiriblər
ki, telefon bu il satışa çıxarılacaq. İndiyədək “Chairman” üçün 12 min 500 adəd
sifariş var. Üzərində 3 min brilyant daşın olduğu və platindən hazırlanan
telefonun satışa çıxması ilə cib telefonu bazarında hərəkətliliyin yaranacağı
gözlənilir. Telefon 3,2 düyməlik sensor displey və 8 meqapiksel kameraya, eləcə
də 23 giqabayt yaddaşa malikdir.