Sifariş - (012) 440 05 04 motors.az

İnternetin yaradıcısı dünyasını dəyişdi

Ana səhifəXəbərlər → İnternetin yaradıcısı dünyasını dəyişdi

31.03.2011


Hazırda Qlobal Şəbəkənin fəaliyyətinin mühüm hissəsini təşkil edən paketli məlumat ötürülmə texnologiyasının banisi Pol Beren 84 yaşında dünyasını dəyişib.  Qeyd edək ki, 1960-cı illərin əvvəlində “RAND Corporation” şirkətində işləyən zaman Pol Beren ilk dəfə paketli məlumat ötürülmə texnologiyasının təməlini qoyub. Onun tərtib etdiyi sxemə əsasən paketlər şəbəkədə müxtəlif kanallar vasitəsilə ötürülməli və son məntəqədə birləşməli idi. Bir qədər sonra Pol Beren öz elmi işlərində ehtimal edirdi ki, şəbəkələrin ehtiyat marşrutları olmalıdır ki, hər hansı bir kanal sıradan çıxdıqda informasiya təyinat nöqtəsinə çatsın. 1960-cı illərin ortalarında alim icad etdiyi şəbəkənin təşkil olunmasına dair təkliflə ABŞ-ın “AT&T” şirkətinə müraciət edir. Lakin “AT&T” bu cür şəbəkənin işləməyəcəyini bəyan edərək müraciəti rədd edir. Pol Berenin icadı zamanı qabaqlayırdı. 1969-cu ildə ABŞ Müdafiə Nazirliyi nəzdində Perspektiv Elmi-Tədqiqat İşləri Agentliyi (1972-ci ilə kimi ARPA, sonra isə DARPA adlandırılırdı) belə qərara gəlir ki, müharibə yarandıqda ölkəyə davamlı məlumat ötürülmə sistemi lazım olacaq və Pol Berenin, eləcə də həmin vaxtın digər alimlərinin ideyaları əsasında “Arpanet” adlı ilk şəbəkəni yaradır.  Məhz bu şəbəkə internetin təməlini qoyur.


← bütün xəbərlər