Bundan əvvəlki digər analoji texnologiyaların tekstura
illüziyası istifadə etdiyi zaman Microsoft ekranın üz səthini həqiqətən də
dəyişməyi təklif edir. Yeni patentdə korporasiya sensor ekran üzərində forma
yaddaşı effektli plastik qatından istifadə etməyi təklif edir ki, belə
vəziyyətdə sözügedən plastikin altından müxtəlif dalğa uzunluqlu ultrabənövşəyi
işıqlandırma texnologiyasını tətbiq etməklə üz səthinin formasını dəyişmək
mümkün olar. Ultrabənövşəyi şüanın bir tezliyinin təsiri altında piksellər
müəyyən hündürlüyə qalxacaq, digər tezliyin təsiri nəticəsində isə ilkin
vəziyyətə qayıdacaq.